Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Müvafiq sənədi AZƏRTAC dərc edib.
“Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”, - deyə sənəddə bildirilir.
Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.