İlham Əliyev tələbələrin təqaüdünü artırdı - SƏRƏNCAM » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:05 Bakıda 86 yaşlı kişini maşın vuraraq öldürdü  |     12:53 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döyüb  |     12:49 Azərbaycanda rektorun qızını aldadıb qızıllarını aldılar - FOTO  |     12:44 Pasiyentini ömürlük şikəst edən həkim yenidən məhkəməyə müraciət etdi  |     12:43 Sumqayıtda yol-nəqliyyat hadisəsi olub: Ölən var  |     12:36 "Microsoft"a qarşı 1 milyard dollardan çox antiinhisar iddiası qaldırılıb  |     12:35 Dünyanın ən populyar internet brauzerlərinin adları açıqlanıb  |     12:26 Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO  |     12:12 "Apple" şirkəti "iPhone" vasitəsilə öz işçilərini izləyir - İDDİA  |     12:01 "Bavariya"nın 38 yaşlı qapıçısı Noyer karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə aldı  |     11:54 "Günəşli" neft yatağında baş verən faciədən doqquz il keçdi  |     11:52 Makron istefa verməkdən imtina etdi  |     11:49 Bakıda 86 yaşlı kişini maşın vuraraq öldürdü  |     11:46 Yarım milyon manatı mənimsəyən direktor məhkəmənin qərarından narazıdır  |     11:11 Bakıda qadınlar arasında dava: Yaralı xəstəxanaya qaldırıldı  |     22:59 Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddəllərilə ittiham irəli sürülüb  |     22:56 İran Suriyaya qoşun göndərə bilər - Əraqçi  |     22:50 "BakıKart" problemi nə vaxt həllini tapacaq? - RƏSMİ AÇIQLAMA  |     22:41 Salyanda idarə müdiri işdən ÇIXARILDI  |     22:35 Kobaxidze onları HƏDƏLƏDİ  |    

İlham Əliyev tələbələrin təqaüdünü artırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncam imzalayıb.

Müvafiq sərəncamı AZƏRTAC dərc edib.

Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilib:

Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat

ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 170 manat

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat

orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.

Sərəncamda bildirilir ki, təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bu Sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 152 14.02.19 18:38