2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş" təsdiq edilib.
Median.Az President.Az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Həmçinin 2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu" təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı, "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.