Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hərbçilərə verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək

07.09.2024 17:41 1 662
Azərbaycanda hərbçilərə verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək
Prezident İlham Əliyev "Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası"nı təsdiq edib.

"Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb, eləcə də bəzi fərmanlarında dəyişiklik edib.

Məsələn, Prezidentin 1 may 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş "Elektron ipoteka və kredit zəmanət" sistemi haqqında Əsasnamə"də edilmiş dəyişikliklərə əsasən, Müdafiə Nazirliyi hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə Nazirlik aşağıdakı istifadə imkanlarına malikdir:

- maliyyə dəstəyi göstərilməsi üçün tələb olunan məlumatları almaq;

- maliyyə dəstəyi göstərilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək;

- maliyyə dəstəyi göstərilməsi dayandırıldıqda, yaxud yenidən bərpa edildikdə İpoteka və Kredit Zəmanət Fonduna, eləcə də müvəkkil banka məlumat vermək;

- elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.

Maliyyə Nazirliyi Müdafiə Nazirliyinin təklifləri əsasında təsdiq edilən Qaydada nəzərdə tutulmuş maliyyə dəstəyi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını və Müdafiə Nazirliyinə ayrılmasını təmin etməli, Qaydada nəzərdə tutulmuş hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi məqsədilə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün müvafiq illərdə dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı tədbirlər görməlidir. Fond isə fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.скачать dle 11.3
Mojo.az Banner