Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:42 15 yaşlı qızın qaçırılması ilə bağlı yeni təfərrüat məlum olub | 20:28 Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” | 20:24 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir | 20:10 Fərda İmanov vəzifəsindən azad olundu | 19:59 Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu | 19:36 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb | 19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq | 18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü | 18:32 3 məktəblini maşın vurub | 18:20 Gömrük nəzarətindən gizli gətirilən brend mallar aşkarlanıb | 18:17 Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı | 18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu | 18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb | 18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək

24.07.2024 16:41 2 952
Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək
Prezident İlham Əliyev Azərbaycanın olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında Fərman imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Fərmana əsasən, Azərbaycanın paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdü təsis olunur və onun aylıq məbləği minimum aylıq əməkhaqqı məbləğinin iki misli miqdarında müəyyən edilir.

Müəyyən edilir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarında müəyyən edilir.

Son xəbərlər