Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi | 20:39 Çində dünyanın ən uzun asma körpüsü tikildi - Mərkəzi aşırımı 1208 metrdir | 20:33 Hər kəs üçün 8 saat yuxu vacib deyil - Optimal müddət | 20:27 Braziliya Sinqapura 7 qol vurdu | 20:22 Əmək haqqı ödənişləri elektronlaşdırılacaq |
Mojo.az Avto
Mojo.az Avto

Tacikistan prezidenti Azərbaycana səfər edəcək

12.04.2024 18:50 1 908
Tacikistan prezidenti Azərbaycana səfər edəcək
Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb.

Qeyd edək ki, nazirlərin görüşü Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində baş tutub.

“Nazirlər həmçinin mayın ikinci ongünlüyündə Azərbaycanda Tacikistanın mədəniyyət günləri, Tacikistan kinosu günləri və Azərbaycan-Tacikistan biznes forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə XİN-dən bildirilib.

Həmçinin, beynəlxalq gündəm məsələləri də müzakirə edilib.

Mənbə: TASS

Son xəbərlər