Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi ərəb mediasının diqqət mərkəzində olub - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:53 Biləsuvarda qazıntı işi zamanı qaz xətti zədələnib, iki kənd mavi yanacaqsız qalıb  |     14:14 Azərbaycan və Gürcüstan müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə ediblər  |     13:59 "Abzas Media" işi üzrə ilkin istintaq bitdi  |     13:41 Evdəki bu əşyalara DİQQƏT - Ən çox yanğın təhlükəsi olan cihazlar açıqlandı  |     13:29 COP29 zamanı bağçalar işləyəcək? - Nazir cavab verdi  |     13:22 Xüsusi təyinatlılarımızın Qazaxıstandakı təlimindən GÖRÜNTÜLƏR (VİDEO)  |     13:20 Füzuli peşə məktəbinin sabiq direktoru məhkəmə zalında həbs edildi  |     13:17 Bakı-Şamaxı yolunda hərəkət iki ay müddətinə qismən məhdudlaşdırılacaq  |     13:15 Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir  |     13:15 Sentyabrın 11-də hava durumu necə olacaq?  |     13:13 Bacı və qardaş bank kartından oğurluğa görə tutulublar  |     13:07 Rus bölməsinin şagirdləri tariximizi Azərbaycan dilində öyrənəcəklər - Emin Əmrullayevdən AÇIQLAMA  |     13:05 Paşinyan: "Sülh müqaviləsinin razılaşdırılmış bəndlərini imzalamağı təklif edirik"  |     13:03 Bu gün ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi keçiriləcək  |     12:50 Bakıda gecə baş verən silahlı insidentin ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO (YENİLƏNİB)  |     12:42 Arvadını öldürmək istəyən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi  |     12:38 "Google" Rusiya nömrələri ilə hesabların qeydiyyatını qadağan etdi  |     12:37 Avstriyada Motsartın əsəri tapıldı  |     12:35 Bakıda sürücü sükan arxasında infarkt keçirib maşını səkiyə çırpdı: Ölən var  |     12:31 Xanların izi ilə: "Euronews" Naxçıvan haqqında proqram yayımladı - VİDEO  |    

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi ərəb mediasının diqqət mərkəzində olub - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli telekanallara geniş müsahibəsi ərəb ölkələrinin telekanalları və ən geniş oxucu kütləsinə malik olan qəzet və portallarının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Qətərin rəsmi QNA informasiya agentliyi və “Əl Cəzirə” telekanalı Azərbaycanın dövlət başçısının çıxışında Ermənistanla sülh sazişinin imzalanmasına hazırlıq prosesi və Fransanın Cənubi Qafqaz regionunda destruktiv siyasəti ilə bağlı yer almış fikirləri ön plana çıxarıb. Materiallarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev İrəvanın tədricən sülh prosesinə hazırlandığını, Fransanın isə yeni müharibə üçün Ermənistanı silahlandırdığını söyləyib. Eyni zamanda, Azərbaycanın lideri iki ölkə arasında danışıqlar prosesində təminatçılara ehtiyac olmadığını vurğulayıb.

Azərbaycan Prezidentinin müsahibəsi BƏƏ-nin “Əl-Xalic”, Misirin “Əl Əhram” və “Nile” qəzetlərində, həmçinin “Ən Nəşrə”, “Ər Rəy”, “Əl Cumhuria”, Londonda ərəb dilində nəşr edilən “Independent Arabia” portallarında da işıqlandırılıb. Məqalə və xəbərlərdə qeyd olunub ki, Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirib, Parisi erməni silahlı qüvvələrini silahlandırmaqda, regional sülhə əngəl törətməkdə ittiham edib. Dövlət başçısı vurğulayıb ki, ötən il sentyabrın 20-si Azərbaycanın müasir tarixində yeni eranın başlanğıcı olub, ölkə uzun fasilədən sonra öz əraziləri üzərində tam suverenliyini bərpa edib. Prezident İlham Əliyev qeyd edib ki, fevralın 7-də prezident seçkisi ilk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcək.








скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 941 12.01.24 13:18