Лондон
C

Prezident İlham Əliyev: “Fransa təkcə öz müstəmləkələrində deyil, Cənubi Qafqazda da sabitliyi pozur”

“Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda, bizim regionumuzda - Cənubi Qafqazda sabitliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib.

Dövlətimizin başçısı bildirib:

“(Fransa - red.) Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarından digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər göstərir”.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев