Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlib. Ərdoğanı səfər çərçivəsində ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşayiət edir.
Azərbaycana birgünlük işgüzar səfər edən Ərdoğan Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazidə tikilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib.
Bu barədə “Haber Global” kadrlar təqdim edib.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.