İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:46 İsrail HƏMAS-a bir həftə vaxt verdi  |     22:35 Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”  |     22:25 Boris Conson özünün gətirdiyi qadağaya görə səs verə bilmədi  |     21:59 Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır  |     21:50 Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar  |     21:45 Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslər nə etməlidirlər?  |     21:39 Məmurun təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edildi  |     21:26 Gürcüstan Prezidenti ofşor şirkətlərlə bağlı vergi güzəştlərini nəzərdə tutan qanuna veto qoyub  |     21:05 Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub  |     20:48 Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib  |     20:40 Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb  |     20:35 Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib  |     20:29 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək  |     20:20 Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib  |     20:14 Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz  |     20:06 Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb  |     19:55 Türkiyə parlamenti idxal edilən qazın LNG formasında satışını dəstəkləyib  |     19:47 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək güclənib  |     19:33 “Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq  |     18:59 11-ci sinif şagirdi vəfat etdi  |    

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır.

Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            813 03.09.21 18:23