Bu gün Paralimpiya millimiz ümumi medal sayını 15-ə çatdırıb.
Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşım edib.
Paylaşımda deyilir:
“Bu günədək olan nəticələrə əsasən Azərbaycanın 10 qızıl, 1 gümüş və 4 bürünc medalı var! Bugünkü qaliblərimizi – daha bir qızıl medal qazanmış Raman Salehi, gümüş medal sahibi Lamiyə Vəliyevanı və bürünc mükafatçı Səid Nəcəfzadəni səmimi-qəlbdən təbrik edirəm! Milli yığmamıza yeni qələbələr və nailiyyətlər arzulayıram!”
Həmin paylaşımı təqdim edirik: