Prezident: “Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcək” » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:59 11-ci sinif şagirdi vəfat etdi  |     18:45 Zaxarova: “İrəvana Ukrayna münaqişəsi ilə bağlı mövqeyini izah etmək üçün güc arzulayıram” - VİDEO  |     18:30 Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO  |     18:17 Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq  |     17:48 Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi  |     17:35 Rusiya XİN: Ermənistan KTMT-nin üzvü olaraq qalır  |     17:02 Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR  |     16:57 Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA  |     16:51 “Red Bull”da daha bir ayrılıq yaşana bilər  |     16:34 Azərbaycanlı aparıcıya ağır itki  |     16:19 Suqovuşan su anbarına balıq körpələri buraxılıb  |     16:05 FHN azyaşlıları xilas etdi - VİDEO  |     15:53 Xaricdə təhsil alan neçə nəfərin diplomu tanınmayıb? - RƏSMİ AÇIQLAMA  |     15:51 Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb  |     15:38 Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək  |     15:35 Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO  |     15:18 Kəlbəcərdə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     15:04 Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO  |     15:03 Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib  |     15:01 Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA  |    

Prezident: “Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcək”

“Yolumuz işğaldan azad edilmiş Kəlbəcərədir. Ömər Aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikildikdən sonra gediş-gəliş çox rahat olacaq. Amma hələlik biz bu yoldan istifadə edirik. Bu gözəl mənzərələr göz oxşayır. İndi Kəlbəcərin mənzərələri daha da gözəldir. Yolumuza davam edirik”.

Bu sözləri Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı deyib.

“Bu aşırımın hündür hissəsində dayanaraq bir daha Azərbaycan xalqını tarixi zəfər münasibətilə təbrik etmək istəyirəm. Müharibədən sonra Kəlbəcərə ilk səfərim olacaq. Bir neçə tədbir nəzərdə tutulur. Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcəkdir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!” - deyə dövlət başçısı qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            639 17.08.21 12:55