Mehriban Əliyeva: “Peşəkar insan ehtiyatı hər bir ölkənin sərvəti hesab olunur” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Mehriban Əliyeva: “Peşəkar insan ehtiyatı hər bir ölkənin sərvəti hesab olunur”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərinə məktub ünvanlayıb.

Təbrik məktubunda deyilir.

“Əziz dostlar,

Sizi – intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunan “Yüksəliş” müsabiqəsinin qaliblərini səmimi qəlbdən təbrik edirəm.

Müasir dövrdə hər bir fəaliyyət sahəsində yeni ideya və baxışlar tələb edilməklə yanaşı, elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə malik kadr ehtiyatlarının mövcudluğu vacib şərtlərdən biridir. Danılmaz həqiqətdir ki, peşəkar insan ehtiyatı hər bir ölkənin sərvəti hesab olunur.

İnsan kapitalının inkişaf etdirilməsi bizim üçün həmişə ciddi qəbul edilən prioritet məsələ olmuş və olmaqda davam edir. Ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafına, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsinə, müxtəlif sahələrdə qazanılmış qabaqcıl dünya təcrübəsini tətbiq edərək onun potensialının üzə çıxarılmasına hər zaman xüsusi diqqət yetirilib.

Azərbaycan son illər ərzində bir çox uğurlara imza atıb, qələbələr qazanıb. Azərbaycan “qara qızılı” insan kapitalına çevirməyi bacaran ölkədir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən bir çox göstəricilərə görə Azərbaycan dünya miqyasında ön sıralardadır. Ölkəmiz regionda həyata keçirilən bir sıra mühüm layihələrin təşəbbüskarı və iştirakçısıdır. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfər müasir tariximizin ən parlaq səhifələrini təşkil edir. Sözsüz ki, bütün bu uğur və qələbələrə biz xalqımızın zəngin insan potensialına arxalanaraq nail ola bilmişik.

Əziz dostlar,

“Yüksəliş” müsabiqəsi zamanın çağırışlarına cavab olaraq kadr ehtiyatının zənginləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Əminəm ki, dövlətimizin daimi diqqət və qayğısı ilə siz tükənməz enerji ilə çalışaraq müstəqil Azərbaycanın inkişafı naminə hər zaman öz töhfələrinizi verəcəksiniz. Sizi bir daha təbrik edir, hər birinizə möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            414 31.07.21 18:43