Prezident: “Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb” » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:07 Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb  |     18:59 İranlı deputatdan atom bombası yaratmağa çağırış  |     18:46 Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar  |     18:32 Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN  |     18:23 Türkiyədə azərbaycanlının 70 kiloqram qızılla saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |     18:17 Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?  |     18:14 Azərbaycanda bir universitetin təmirinə 790 min manat sərf olunacaq  |     18:03 Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır  |     17:55 Tacikistanın şimalında zəlzələ oldu  |     17:47 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi  |     17:46 Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə şərti cəza verildi  |     17:41 Azərbaycanda bəzi kursantlara ödəniş ediləcək  |     16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |    

Prezident: “Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb”

Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu, yaxşı göstəricidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlətimizin başçısı bildirib: “Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür”.

Sənaye istehsalının 0,3 faiz azaldığını qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, bunun əsas səbəbi neft hasilatı ilə bağlıdır, OPEC+ razılaşmasının yerinə yetirilməsidir. “Bilirsiniz ki, biz hasilatı azaltmışıq və necə deyərlər, bu versiyanı təsdiqləyən digər göstəriciyə diqqətinizi cəlb etmək istərdim. Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Bugünkü bu açılış və görüləcək digər işlər qeyri-neft sektorunun sənaye potensialını daha da artıracaq. Çünki 16,6 faiz artım olub, mən bilmirəm hansı başqa ölkədə buna rast gəlmək olar, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            525 22.07.21 18:03