Gürcüstan koronavirus əleyhinə ABŞ-Almaniya istehsalı olan “Pfizer” peyvəndinin növbəti partiyasını tədarük edib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Pfizer”lə vaksinasiyaya iyulun 16-dan başlanılacaq.
İstehsalçı ilə əldə olunan razılığa əsasən, 1 000 350 peyvənd dozası Gürcüstana mərhələli şəkildə çatdırılacaq.
Qeyd edək ki, qonşu ölkədə iyulun 5-dən əhalinin kütləvi vaksinasiyasına start verilib.