İlham Əliyevdən İqtisadiyyat Nazirliyi ilə bağlı FƏRMAN » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Həbsdə olan generalın müraciəti geri qaytarıldı  |     22:46 İsrail HƏMAS-a bir həftə vaxt verdi  |     22:35 Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”  |     22:25 Boris Conson özünün gətirdiyi qadağaya görə səs verə bilmədi  |     21:59 Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır  |     21:50 Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar  |     21:45 Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslər nə etməlidirlər?  |     21:39 Məmurun təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edildi  |     21:26 Gürcüstan Prezidenti ofşor şirkətlərlə bağlı vergi güzəştlərini nəzərdə tutan qanuna veto qoyub  |     21:05 Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub  |     20:48 Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib  |     20:40 Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb  |     20:35 Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib  |     20:29 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək  |     20:20 Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib  |     20:14 Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz  |     20:06 Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb  |     19:55 Türkiyə parlamenti idxal edilən qazın LNG formasında satışını dəstəkləyib  |     19:47 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək güclənib  |     19:33 “Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq  |    

İlham Əliyevdən İqtisadiyyat Nazirliyi ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin və ona tabe olan qurumların strukturunda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

Bununla bağlı prezident.az məlumat yayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 4394 ştat vahidi (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları istisna olmaqla), o cümlədən Nazirliyin Aparatının işçilərinin say həddi 409 ştat vahidi, strukturuna daxil olan Çağrı Mərkəzinin işçilərinin say həddi 55 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 86 ştat vahidi, Nazirlik yanında Dövlət Vergi Xidməti Aparatının işçilərinin say həddi 429 ştat vahidi, strukturuna daxil olan qurumların işçilərinin say həddi 2460 ştat vahidi, Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti Aparatının işçilərinin say həddi 260 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 376 ştat vahidi, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilir.

Bundan başqa, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan Çağrı Mərkəzi Nazirliyin strukturuna daxil edilir.

Eyni zamanda, Nazirliyin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında Nazirliyin tabeliyində “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs yaradılır.

Həmçinin, Nazirliyin tabeliyindəki Təsərrüfat Müəssisəsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı ilə Nazirliyin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Nazirliyin tabeliyində “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            417 26.06.21 13:00