İlham Əliyev: “Şuşanın azad olunması Ermənistan dövlətinin çökməsi demək idi” » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:33 DİQQƏT: Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər var - VİDEO  |     13:26 Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı  |     13:24 Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğulub  |     13:16 Serj Sarqsyanın diplomat kürəkəninin məhkəməsi başlayır  |     23:03 BakuBus-un içinə yağış yağır - VİDEO  |     22:39 Bu qurumlarda işçilərə “13-cü maaş” veriləcək  |     22:08 Ronaldunun dublu sayəsində "Ən-Nəsr" "Damak"ı məğlub etdi  |     21:47 Avropa Şurasının rəhbəri səlahiyyətlərini təhvil verdi  |     21:30 Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz edib  |     20:48 Bu bürclərin həyatı 180 dərəcə dəyişəcək - çox az qaldı  |     20:37 Qərbi Azərbaycan İcması Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub  |     20:22 Tbilisidə etiraz aksiyası bərpa edilib  |     20:09 Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin edib  |     19:53 Masazırda ev uçdu - ölən və yaralananlar var - YENİLƏNİB  |     19:46 Əməkdar artist: "Həmin aparıcıları "blok"a atmışam" - VİDEO  |     19:23 “Rabitəbank” məhkəməyə müraciət etdi: bu ailənin mənzili əlindən alınır  |     19:13 Bu internet provayderləri ləğv olunur  |     19:01 502 hərbçinin nəşi Ukraynaya qaytarıldı  |     18:43 Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib  |     18:34 İstanbulda dördmərtəbəli bina çökdü  |    

İlham Əliyev: “Şuşanın azad olunması Ermənistan dövlətinin çökməsi demək idi”

“Azərbaycanın qəhrəman hərbçiləri bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğaldan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar”.

Bunu Prezident İlham Əliyev Şuşada keçirilən “Xarı bülbül” festivalının açılışında deyib.

O bildirib ki, Azərbaycan Şuşa uğrundakı döyüşlərdə şəhidlər versə də, bizi irəliyə aparan milli ruh qələbəni təmin etdi.

İlham Əliyev qeyd edib ki, Şuşanın azad olunması faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi.

“Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik”, - deyə Prezident əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 605 12.05.21 16:32