Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyevin yanında müşavirə keçirilib

19.12.2019 14:20 4 997
İlham Əliyevin yanında müşavirə keçirilib
Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, respublika üzrə pambıq yığımının başa çatdığını, bu il rekord həddə - 294 min ton pambıq yığıldığını, məhsuldarlığın orta hesabla hər hektardan 29,4 sentner təşkil etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, bu, son illərdə pambıqçılığın inkişafı ilə bağlı görülən tədbirlərdən, bu sahəyə dövlət dəstəyindən irəli gəlir.

“Pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir”, - deyən dövlətimizin başçısı bu sahədə ən sürətli artım illərinin ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünə təsadüf etdiyini vurğulayıb. Qeyd edib ki, ötən əsrin 80-ci illərinin əvvəlində məhsuldarlıq 30 sentnerə yaxınlaşıb, pambıq tədarükü 800 min ton səviyyəsində olub, 1981-ci ildə bu rəqəm 1 milyon tona qalxıb.

Müstəqillik dövrünün ilk illərində pambıqçılıqda müşahidə olunan problemlərdən danışan Prezident İlham Əliyev son illərdə bu sahəyə xüsusi diqqət göstərildiyini, yeni texnikaların alındığını, dövlət proqramının qəbul olunduğunu diqqətə çatdırıb.

Bildirib ki, son 3 ildə 15 min 700 texnika alınıb, bu isə pambığın 87 faizinin texnika ilə yığılmasına imkan verib, suvarma tədbirləri görülüb, fermerlərə güzəştli kreditlər, istehsalçılara subsidiyalar verilib, pambıqtəmizləmə zavodlarında yenidənqurma işləri aparılıb, pambığın satınalma qiymətləri artırılıb. Hazırda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan əməyə cəlb olunub.

Sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə ediblər.

Müşavirəyə yekun vuran Prezident İlham Əliyev bu il pambıqçılıq sahəsində əldə edilən nəticələrin sevindirici olduğunu, pambıqçılığın gəlirli və əməktutumlu sahəyə çevrildiyini bildirib.

Dövlətimizin başçısı pambıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər