Median.Az xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də rayon sakini V.Babayevə məxsus yardımıçı təsərrüfatdan 8 baş inək oğurlayan həmyerliləri, əvvəllər məhkum olunmuş T.Fərzəliyev, S.Abbasov və İ.Sadıqov saxlanılıblar.
Araşdırma zamanı onların, iyulun 1- və 17-də Uzuntəpə kənd sakinləri olan 2 nəfərə məxsus, ümumilikdə 5 baş inəyi oğurlamaları məlum olub.
Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.