Median.Az xəbər verir ki, Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisindəki evdən 1500 manat dəyərində qızıl əşyalar oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş T.Rəhimov saxlanılıb.
Araşdırma zamanı onun, rayon ərazisindəki daha 5 evdən ümumilikdə 2720 manat, 5000 rubl, 4850 manat dəyərində qızıl və gümüş əşyalar, habelə 2 ədəd qol saatı oğurlaması müəyyən edilib.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.