Median.Az xəbər verir ki, iyulun 26-da Beyləqan şəhəri Magistral küçəsində, 1-ci Şahsevən kənd sakini R.Həsənov münaqişə zəminində bıçaqla həmkəndlisi E.Əliyarovun sifət və bədən nahiyələrinə çoxsaylı xəsarətlər yetirib.
Nəticədə zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Həsənov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.