Rusiya hüquq-mühafizə orqanları silahlı qruplaşmalara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib.
Median.Az APA-ya istinadən bildirir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 1991-ci il təvəllüdlü Nigar Eyubova qanunsuz silahlı qruplaşmada iştirakda təqsirli bilinir.ı
Rusiya hüquq-mühafizə orqanları N.Eyubova barəsində dövlətlərarası axtarış elan edib və tutulması üçün İnterpola müraciət olunub.