Fatmayıda toyda iki nəfəri bıçaqlayan şəxs tutulub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 32 yaşlı Elxan Heydərov saxlanılıb.
***
Abşeronda toyda kütləvi dava olub.
Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə Fatmayı kəndində keçirilən toy məclisində qeydə alınıb.
Həyətdə qurulan toy məclisində qonaqlar arasında kütləvi dava olub. Davada 1987-ci il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu və 1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralılar dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. O.Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O.Əliyevə isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Onlar təcili olaraq cərrahi əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.