"Cola" ilə spirti qarışdırdım, oldu kolya-volya"- Bıçaqlaşmanın təfərrüatı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

"Cola" ilə spirti qarışdırdım, oldu kolya-volya"- Bıçaqlaşmanın təfərrüatı

İşlədiyi internet klubunda müştərini bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb.

Median.Az
musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1982-ci il təvəllüdlü Hacıyev Anar Maarif oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş Rafiq Nurullayev ifadə verib.

O, ifadəsində deyib ki, baş verən hadisədə günah 90 faiz özündə olub:

"İçkili idim, özümdə olmayıb söyüş söymüşəm. O da məni vurub. İndi heç bir şikayətim yoxdur. Lənət şeytana, ikimizi də şeytan yoldan çıxardı. O da məni vurdu".

Suallara cavab verən Rafiq Nurullayev deyib ki, aptekdən aldığı 95 faizlik spirtlə koka-kolanı qarışdıraraq içdiyini deyib.

"Əməllicə keflənmişdim. "Cola" ilə spirti qarışdırmışdım. Buna kolya-volya deyirlər. Araqdan yaxşıdır, amma adamı tez tutur"- deyə zərərçəkmiş bildirib.

Sonda R.Nurullayev məhkəməyə barışıq ərizəsi təqdim edib.

Qeyd edək ki, hadisə ötən il Əhmədli qəsəbəsində baş verib.

Anar Hacıyev işlədiyi internet kluba gələn müştəri Rafiq Nurullayevlə mübahisə edib. Mübahisə zamanı onlar əvvəlcə əlbəyaxa olublar. Sonra isə Hacıyev Rafiqi bıçaqlayıb.

Qeyd edək ki, Anar Hacıyev Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyət ilə qəsdən sağlanlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Məhkəmə iclası martın 13-də davam etdiriləcək.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 157 09.03.19 18:33