Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-dən fevralın 13-dək olan müddətdə, rayon ərazisindəki 2 evdən su sayğacı, artezian quyusundan elektrik enerjisi ilə təmin edən naqilin 15 metrlik hissəsini, 4 avtomobildən pul, akkumulyator və məişət əşyaları oğurlayan Gəncə şəhər sakini R.Zeynalov saxlanılmışdır.
Bundan başqa, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-dən fevralın 20-dək olan müddətdə, rayon ərazisindəki 2 evdən inşaat materialları və məişət əşyaları, 1 həyətyanı sahədən 2 ədəd elektrik qutusunun metal qapağını və 1 marketdən, kompyuterin sistem blokunu oğurlayan Gəncə şəhər sakini T.Rzayev saxlanılıb.
Faktlarla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işləri başlanılıb.