Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Bu barədə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Stansiya Xətt Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Gəncə şəhər sakini 36 yaşlı Elnur İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin iç cibindən yabanı halda bitən narkotik vasitə hesab olunan ümumi çəkisi 475 qramqurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı polis şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Daha əvvəl Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.