Bakıda qeyri-insani hərəkət - Kişi qadının üstünə kerasin töküb yandırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     22:42 Tbilisidə etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb  |     22:17 Metronun "Həzi Aslanov" stansiyasında işlər nə vaxt yekunlaşacaq?  |     21:58 Rusiya aviasiyası 2016-cı ildən bəri ilk dəfə Hələbə zərbə endirdi  |     21:46 Nazir: Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500-ə qədər tələbənin qəbulu planlaşdırılır  |     21:36 Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB  |     21:30 "Ailəm dağıldı, reytinq xətrinə qarşı tərəfi danışdırdılar  |     21:23 Bakıda “Porsche” qəzaya düşdü, digər maşın yandı  |     21:15 44 yaşlı musiqiçi evində ölü tapıldı - FOTO  |     21:07 Yüzlərlə sahibkarı işsiz qoyaraq, narazılıq yaradan kimlərdir?  |     20:54 Kobaxidze: Aksiyalar xaricdən dəstəklənən zorakı ssenaridir  |     20:48 3 bürc dekabrda muradına çatacaq  |     20:40 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     20:19 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıla köçürülüb  |     20:10 Abbas Araqçı Türkiyəyə səfər edəcək  |     20:03 Yaponiyada güclü zəlzələ oldu  |     19:50 İtkin düşən 33 yaşlı Leyla ilə bağlı təsirli fakt - Təfərrüat  |     19:46 Kürdəmirdə dəhşətli qəza, ölən var - Hadisə yerindən FOTOLAR  |     19:38 Fidan Lavrovla Suriyanı müzakirə etdi  |     19:33 Bakıda qızıl üzük oğurlandı - Saxlanılan var  |    

Bakıda qeyri-insani hərəkət - Kişi qadının üstünə kerasin töküb yandırdı

Bakıda güclü alkoqol qəbulu az qala faciəyə səbəb olacaqmış. Kişi qadını yandırıb, amma xoşbəxtlikdən zərif cinsin nümayəndəsi sağ qalıb.

Median.Az
sputnik.az-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, xoşagəlməz insident fevralın 21-də saat 19:40-da Nobel prospektindəki evlərdən birində baş verib.

Qabil adlı kişi 41 yaşlı Rübabə Nuriyevanın üstünə kerosin töküb və ona od vurub. Xoşbəxtlikdən qadının köməyinə yetişiblər və onu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Plastik və Rekonstruktiv cərrahiyyə klinikasına çatdırıblar. Qadının başı, boynu və əlləri yanıb. Pasientin vəziyyəti kritik deyil.

Kişi cinayəti törədəndən sonra qaçıb gizlənib. Lakin fevralın 22-də Xətai rayon Polis İdarəsinin əməkdaşları onu saxlayıblar. Məlum olub ki, saxlanılan şəxs zərərçəkmişin dostu, tüfeyli həyat tərzi keçirən Bakı sakini, 33 yaşlı Tağıyev Qabil İsgəndər oğludur.

Cinayət baş verən zaman onların hər ikisi möhkəm sərxoş olub. Tağıyev törətdiyi cinayəti xatırlamır və onu boynuna almaq istəmir.

Faktla bağlı cinayət işi açılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 976 22.02.19 18:27