Median.Az xəbər verir ki, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 mağazadan 440 manat oğurlayan, 1 mağazadan isə oğurluğa cəhd göstərən rayon sakini İ.Novruzzadə və Şirvan şəhər sakini Ü.Fərziyev saxlanılıblar.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.