Median.Az xəbər verir ki, Yasamal RPİ və 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbiri zamanı paytaxt sakini Çingiz Hacıyev saxlanılıb.
Onun rayon ərazisində yerləşən mənzilinə baxış zamanı 1 kq. 790 qram heroin aşkar edilib.
Saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) madddəsi ilə cinayət işi başlanılıb.