Bakıda və regionlarda avtomobil qaçıran 7 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:59 11-ci sinif şagirdi vəfat etdi  |     18:45 Zaxarova: “İrəvana Ukrayna münaqişəsi ilə bağlı mövqeyini izah etmək üçün güc arzulayıram” - VİDEO  |     18:30 Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO  |     18:17 Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq  |     17:48 Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi  |     17:35 Rusiya XİN: Ermənistan KTMT-nin üzvü olaraq qalır  |     17:02 Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR  |     16:57 Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA  |     16:51 “Red Bull”da daha bir ayrılıq yaşana bilər  |     16:34 Azərbaycanlı aparıcıya ağır itki  |     16:19 Suqovuşan su anbarına balıq körpələri buraxılıb  |     16:05 FHN azyaşlıları xilas etdi - VİDEO  |     15:53 Xaricdə təhsil alan neçə nəfərin diplomu tanınmayıb? - RƏSMİ AÇIQLAMA  |     15:51 Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb  |     15:38 Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək  |     15:35 Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO  |     15:18 Kəlbəcərdə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     15:04 Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO  |     15:03 Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib  |     15:01 Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA  |    

Bakıda və regionlarda avtomobil qaçıran 7 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, ötən il dekabrın 29-na keçən gecə Bakı şəhər sakini Ələddin Məhərrəmova məxsus “Niva” markalı avtomobilin qaçırılması barədə Xətai RPİ 35-ci polis bölməsinə müraciət daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin üzərinə kustar üsulla hazırlanmış nömrə taxılaraq idarə edilməsi müəyyən edilib. "Niva" Badamdar qəsəbəsinin ərazisində Bakı ŞBPİ DYPİ və 35-ci polis bölməsinin əməkadaşları tərəfindən saxlanılıb. Avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Talıb Hüseynəliyev Xətai RPİ-yə təhvil verilib. Araşdırma zamanı, onun dekabrın 23-nə keçən gecə vətəndaş Bərxudar İbadova məxsus “Niva” markalı avtomobili qaçırması və dövlət qeydiyyat nişanlarını çıxardıqdan sonra, Xətai rayonu ərazisində ataraq, çıxıb getməsi də məlum olub.

Bundan başqa, Sabunçu RPİ 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il dekabrın 30-da Bakı şəhər sakini İfadə Mehdiyevin “Hyundai” markalı avtomobilini qaçıran paytaxt sakini olan bir yeniyetmə saxlanılıb.

Suraxanı RPİ 30-cu polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il dekabrın 31-də Bakı şəhər sakini Ramil Süleymanovun “Mercedes” markalı avtomobilini qaçıran Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Radim Qasımov saxlanılıb.

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən, dekabrın 28-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindən, qəsəbə sakini Ramil Dərbəndəliyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçıran Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Şükürov saxlanılıb.

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 22-də Q.Quliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçıran şəhər sakini, əvvəllər məhkum olunmuş Hacı Kərimov saxlanılıb.

Tovuz RPŞ-nin əməkdaşları tərəfindən, yanvarın 3-də Abulbəyli kəndi ərazisindən kənd sakini Qabil Bayramova məxsus “Mercedes” markalı avtomobil qaçıran kənd sakini, əvvəllər məhkum olunmuş Elnur Mehdiyev Gədəbəy rayonunun ərazisində avtomobillə birgə saxlanılıb.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 3-də Ərkivan qəsəbə sakini Eldar Mənsimova məxsus “VAZ-2107” markalı avtomobili qaçıran Xırmandalı kənd sakini, əvvəllər məhkum olunmuş Said Kərimov saxlanılıb. Qeyd edək ki, avtomobil həmin gün Məmmədxanlı kəndinin ərazisində tapılıb.

Araşdırma zamanı onun, həmin gün həmkəndlisi Məhəddin Alışova məxsus “VAZ-2107” markalı avtomobili qaçırması və Seybətin kəndi ərazisində idarə edərkən onu yolun kənarındakı maneəyə vurması məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 464 04.01.19 18:22