Bakı Ağır Cinayətlər Məhkəməsində Saleh Muradov və Rəşad Qurbanovun CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, DİN-in “102 Zəng Mərkəzi” xidmətinə bu il martın 29-da Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək, pulunun alınması barədə müraciət daxil olub.
Məlumatla əlaqədar araşıdrma aparan Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşlarına, həmin gün saat 14 radələrində Bakı şəhər sakini Zakir Mirzəyevin Biləcəri qəsəbəsi ərazisində 2 naməlum şəxs tərəfindən döyülərək, 138 manat pulunun alındığı məlum olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Saleh Muradov və Rəşad Qurbanov saxlanılıblar.
Məhkəmənin hökmü ilə S.Muradov 9 il, R.Qurbanov 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.