Bakıda narkoman kişi həyat yoldaşını qətlə yetirib.
Hadisə paytaxtın Nəsimi rayon, məhəllə 381, R.Behbudov küçəsi ev 65, mənzil 51 ünvanında baş verib.
Mənzildə qeydiyyatda olan Taxveli Adelya Azər qızı yaşadığı 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq ölüb.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, qadını həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlu yaşadıqları evin eyvanından aşağı atıb.
Şəxsə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib. R.Taxvelinin hadisəni narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi qeyd olunur.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və R. Taxveli saxlanılaraq istintaqa təhvil verilib.
//oxu.az