Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Kamera qarşısında keçmiş arvadını və tanışını yaralayan şəxs apellyasiya şikayəti verib - FOTO + VİDEO

07.12.2018 13:15 3 507
Kamera qarşısında keçmiş arvadını və tanışını yaralayan şəxs apellyasiya şikayəti verib - FOTO + VİDEO
Bakı Apellyasiya Məhkəməsində Gəncə şəhər sakini Rəşad İbrahimzadənin CM-nin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəlləri ilə məhkum olunmasına dair hökmdən verilmiş apellyasiya şikayəti üzrə ilkin baxış keçirilib.

Median.Az
xəbər verir ki, bu il mayın 1-də Nərimanov RPİ-nə Xətai prospekti, 39 ünvanında naməlum şəxsin iki nəfəri bıçaqlayıb, hadisə yerindən qaçması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan polis və prokurorluq əməkdaşlarına məlum olub ki, öldürülən qadın - 30 yaşlı Gəncə şəhər sakini Zəhra İbrahomovadır, yaralanan 36 yaşlı Emil Əliyev Kliniki Tibbi Mərkəzə çatdırılıb. Məlum olub ki, törədilən cinayət insanların gözləri qarşısında baş verib, müşahidə kameraları tərəfindən qeydə alınıb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Zəhrə İbrahimovanın ölümünə - döş qəfəsinin boşluğa keçən deşilmiş-kəsilmiş yaralardan ürəyin, ağciyərlərin və qarının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

Hadisə yerindən yayınan Rəşad İbrahimzadə Gəncə şəhərinə gedib və səhərisi gün Gəncə BPİ-nə təslim olaraq, Bakı şəhərində qısqandığına görə keçmiş həyat yoldaşını qətlə yetirdiyini etiraf edib. O, Nərimanov RPİ 18-ci polis bölməsinin əməkdaşlarına təhvil verilib.

İstintaqla müəyyən edilib ki, Rəşad İbrahimzadə keçmiş arvadı Zəhrə İbrahimovanın başqa kişilərlə görüşərək, əxlaqsız həyat tərzi keçirməsindən şübhələnib. Mayın 1-i səhər saat 8 radələrində, «Gənclik» metro stansiyasının yaxınlığındakı dayanacağda qadının 199 №i marşrut avtobusuna əyləşdiyini görüb, taksi avtomaşını ilə onu təqib edib. Zəhrə Xətai prospektində “Yaşıl bazar”ın qarşısında, avtobusdan düşdükdən sonra onu izləməkdə davam edib. Özəl tibb klinikasının qarşısında, qadının tanımadığı şəxslə səmimi görüşüb və yanaşı getdiklərini görüb, yaxın münasibətdə olduqlarını düşünərək, onları qısqanclıq niyyəti ilə öldürmək qərarına gəlib.

Bu məqsədilə, təxminən 2 il əvvəl qanunsuz olaraq əldə etdiyi soyuq silah hesab edilən qatlanan ov bıçağı ilə əvvəlcə Zəhrə İbrahimovaya zərbələr endirərək, onu qəsdən həyatdan məhrum edib. Daha sonra, həmin bıçaqla Emil Əliyevin sağlamlığına, ağır zərər vurmaya aid bədən xəsarətləri yetirib, lakin sonuncu dərhal tibb müəssisəsinə çatdırılaraq, ona vaxtında tibbi yardım göstərilib. Həyatı xilas edildiyindən, Rəşad İbrahimzadə iradəsindən asılı olmayan səbəblərə görə Emil Əliyevi qəsdən öldürməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməyib.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Rəşad İbrahimzadə bildirib ki, Zəhrə İbrahimova ilə nigahları 2018-ci il fevralın 14-də Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi tərəfindən pozulub. Keşmiş arvadının yad kişilərlə görüşüb, əxlaqsız həyat tərzi keçirməsindən şübhələndiyi üçün onu izləməyə başlayıb. Mayın 1-i səhər saat 9 radələrində Zəhrə Xətai prospekti, 39 ünvanda yerləşən özəl tibb klinikasının qarşısında əvvəllər tanımadığı Emil Əliyevlə görüşüb, onunla yanaşı gedərkən Rəşad daha da qıcıqlanıb. Onların yaxın münasibətlərdə olduqlarını güman edib və hər ikisini öldürməyi qərarlaşdırıb. İti addımlarda arxadan onlara çataraq, Zəhrənı çağırıb və yaxınlaşıb, onun qarın nahiyyəsindən zərbə endirib. Bunu görən Emil Əliyev onların yanından uzaqlaşıb, keçmiş həyat yoldaşına xəsarətlər yetirərkən həmin şəxs qaçaraq, üzərinə gəlib və ona ayaqları ilə zərbə vurub, lakin müvazinətini itirib, yerə yıxılıb. Rəşad qarşısında, uzanmış vəziyyətdə olan Emilə zərbələr endirməyə başlayıb. Bundan istifadə edən Zəhrə qışqıraraq, bir az irəliyə qaçıb. Daha sonra onun öldüyünü güman edən İbrahimzadə hadisə yerindən qaçıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Şəfaqət Bağırova bildirib ki, internet xəbər saytlarında qızı Zəhrənin Rəşad tərəfindən öldürülməsi xəbərini oxuyub və həmin gün Gəncədən Bakıya gəlib. Nigahları pozulsa da İbrahimzadə daim Zəhrəni qısqanıb, onu izləyib. Qızını Emil Əliyevlə qeyri-rəsmi yaşadığını düşünüb və qəflətən hücum edib, onu öldürüb.

Məhkəmə prosesində İbrahimzadə ittiham üzrə özünü qismən təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən R.İbrahimzadə apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində iş üzrə baxış dekabrın 10-na təyin edilib.



















Son xəbərlər