Лондон
C

Bakı polisi oğurluğa görə 8 nəfəri saxlayıb

Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-na keçən gecə Biləcəri qəsəbəsində “Mercedes” markalı avtomobildən, içərisində 200 manat, sənədlər və təqaüd kartı olan pulqabını oğurlayan Abşeron rayon sakini Vüqar Əhmədov saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 5-ci polis bölməsinin əməkdaşları tərəfindən E.Abbasovun çantasından qızıl qolbağı oğurlayan Şəki rayon sakini Elnur Hətəmov saxlanılıb.

Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Əliyevin mobil telefonunu oğurlayan Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədli saxlanılıb.

Nəsimi RPİ 21-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində avtomobildən 100 manat və mobil telefon oğurlayan Bakı şəhər sakini İntiqam Kərimov saxlanılıb.

Suraxanı RPİ 30-cu polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da avtomobildən 2 ədəd mobil telefon oğurlayan Bakı şəhər sakini Rövşən Salayev saxlanılıb.

Səbail RPİ 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da evdən velosiped oğurlamağa cəhd göstərən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Anar Şahbazov və Kənan Orucov saxlanılıblar. Onların noyabrın 25-də daha 2 velosipedi oğurlamaları məlum olub.

Xətai RPİ 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 10-da rayon ərazisindəki 2 evdən su qızdırıcıları oğurlayan Bakı şəhər sakini Ramil Abbasov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев