Median.Az xəbər verir ki, Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Asim Məmmədov və Abşeron rayon sakini Cavad Niyazovu saxlayıblar.
Müəyyən edilib ki, saxlanılan şəxslər oktyabrın 7-i gecə saat 1 radələrində Bakı şəhər sakini R.Hüseynova zor tətbiq edərək, ona məxsus 142 manat pulunu və mobil telefonunu ələ keçiriblər.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.