Median.Az xəbər verir ki, Əmircan qəsəbəsində yaşayan Xosrov Məmmədov (1983-cü il təv.) aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Əfsanə Məmmədovaya (1985-ci il təv.) bıçaqla xəsarətlər yetirib. Nəticədə qadın kəskin qanitirmədən dünyasını dəyişib.
X.Məmmədov hadisədən sonra Suraxanı RPİ 31-ci pois bölməsinə təslim olub. O, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.
Suraxanı rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib.
комментариев