Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Novxanı qəsəbəsində, evdən 200 manat pul və 12.000 manat dəyərində qızı–zinət əşyaları oğurlayan Xırdalan şəhər sakini Coşqun Məhərrəmov və Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş Qasım Abdullayev saxlanılıblar.
Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.