Median.Az xəbər verir ki, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini Mahir Hüseynovdan 5,370 qram marixuana götürülüb. Onun “Niva” markalı avtomobilinin yük yerinə baxış zamanı əlavə olaraq 1 kq. 210 qram marixuana aşkar edilərək götürülüb.
Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi ilə narkotik maddələri külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.