Median.Az xəbər verir ki, sentyabrın 10-da Nəsimi rayonu ərazisindəki evlərdən birinə qanunsuz daxil olan naməlum şəxs ev sahibəsinə zor tətbiq edərək, mobil telefonunu ələ keçirib.
Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş İvər Ələkbərovu saxlayıblar.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.