Median.Az xəbər verir ki, sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edib, ayın 6-da Nərimanov rayonu ərazisində yerləşən klubların birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə aparmasını və hədə-qorxu gələrək 457 manat pullarını almasını bildiriblər.
Nəsimi Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları tərəfindən cinayəti törədən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılaraq Nərimanov RPİ 17-ci polis bölməsinə təhvil verilib. Elə həmin gün Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayevi saxlayıblar.
Faktla bağlı CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.