Median.Az xəbər verir ki, sentyabrın 7-də Sumqayıt şəhəri ərazisində naməlum 2 nəfər qadına hücum edərək, ona məxsus qızıl boyunbağısını soyğunçuluq yolu ilə ələ keçiriblər.
Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Pərvin Hüseynov və Faiq Məmmədovu saxlayıblar. Araşdırma zamanı, onların avqustun 25-də daha bir qadının qızıl boyunbağısını da eyni üsulla almaları müəyyən edilib.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.