Median.Az xəbər verir ki, Qaradağ RPİ 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də rayon ərazisindəki evdən 2 ədəd mobil telefon və planşet oğurlayan Ələt qəsəbə sakini Mais Mahmudov saxlanılıb.
Bundan başqa, Sabunçu RPİ 14-cü polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də rayon ərazisindəki evdən qızıl əşyalar oğurlayan Bakı şəhər sakini İbrahim Abdullayev saxlanılıb, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən avqustun 21-də şəhər ərazisindəki bağ evinin həyətindən 30 metr elektrik naqili oğurlayan şəhər sakini Yaqub Hüseynov saxlanılıb. Araşdırma zamanı onun avqust ayı ərzində daha 6 bağ evindən inşaat materialları, qızıl və məişət əşyaları oğurlaması məlum olub. Quba RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də rayon ərazisindəki evdən 400 manat və qızıl əşyalar oğurlayan şəhər sakini Qalib Əlibəyov saxlanılıb,
Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən avqustun 29-da rayon ərazisindəki evdən 200 manat və qızıl əşyalar oğurlayan Astara rayon sakini, əvvəllər məhkum olunmuş
Amin Nəsirov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.