Median.Az xəbər verir ki, sentyabrın 5-nə keçən gecə Xətai rayonu ərazisindəki avtomobillərin birindən, içərisində 100 manat, 2 ədəd mobil telefon, qol saatı və sənədlər olan çantanı oğurlayan Bakı şəhər sakini Malik Hüseynov DİN Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ 13-cü polis bölməsinə təhvil verilib.
Faktla bağlı CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.