Median.Az xəbər verir ki, Şirvan ŞPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Məmmədova məxsus həyətyanı sahəyə baxış zamanı 478 qram marixuana, habelə kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar ediblər.
Bundan başqa, Saatlı RPŞ-nin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında Qarayevkənd kənd sakini İlyas Bəşətovun həyətyanı sahəsinə baxış zamanı, oradan kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar ediblər, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakinləri Əvəz Səfərova məxsus həyətyanı sahədən aqrotexniki qaydada qulluq edilmiş 4, Rza Yusibova məxsus həyətyanı sahədən isə 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb, Cəlilabad RPŞ əməkdaşlarının əməliyyat tədbiri nəticəsində Göytəpə şəhər sakini Ayaz Kərimova məxsus həyətyanı sahədə 2 ədəd çətənə kolu aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.