Narkoloji Dispanserin həkimi : "Mən heç kimdən rüşvət almamışam" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Narkoloji Dispanserin həkimi : "Mən heç kimdən rüşvət almamışam"

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Məhəmməd Məmmədovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 186.2.2-ci (özgə əmlakını qəsdən məhv etmə), Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, əməyin təhlükəsizliyi üzrə mühəndis Mahir Abdullayevin CM-nin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) və həkim Afət Məmmədovanın CM-nin 311-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, prosesdə təqsirləndirilən M.Abdullayev istintaqın və məhkəmənin düzgün ədalətli aparılmamasına etiraz olaraq ötən gündən aclıq aksiyasına başladığını bildirərək, məhkəmə zalından çıxarılmasını istəyib. Lakin o, zaldan çıxarılmayıb.
Təqsirləndirilən Afət Məmmədova ittiham üzrə özünü təqsirli bilməyərək, qeyd edib ki heç kimdən rüşvət almayıb : "Sadəcə Məhəmmədin oğlunun xahişi ilə dükandan siqaret, çay alıb verirdim. Bilsəydim ki, buna görə məhkəmə qarşısına çıxarılacağam, heç vaxt etməzdim. Məhəmməd dayıya demişdim ki, səni evə yazacağam. Amma Mərkəzə gələndə qəbul otağında həkim mənə dedi ki, o vəziyyəti ilə əlaqədar hələ də burada qalmalıdır. Özünə də bu barədə deyəndə sakit reaksiya verdi”.

Təqsirləndirilən T.Məmmədhəsənov və M.Abdullayev hazırkı mərhələdə ifadə verməkdən imtina edibrlər.

Zərərçəkmiş Arifə Abbasova yanğında qardaşı Akifin, Məhbubə Dəmirova isə əri ilə onun əmisi oğlunun öldüyünü deyib: “Ərim yanğından 3 gün əvvəl orda müalicəyə başlamışdı. Deyirdi qocalmışam, nəvəm olacaq, qoy bu işlərin daşını atım. Gedəndə müalicə üçün 400 manat aparmışdı, yanğından sonra həkimlər onu özümüzə qaytardı”.

Zərərçəkmiş Hüseyn Səfərəliyev yanğından sağ çıxdığını bildirib. Onun sözlərinə görə, səhər ayaqyolundan qayıdanda dəhlizi tüstü bürümüşdü : "Kimsə qışqırdı ki, “Mamed otağı yandırdı, su gətir”. Mən isə adamları oyatmağa qaçdım. Bizim korpusun bir qapısı mismarlanıb bağlanmışdı, ikincisi isə açıq idi. Xəstələr pəncərələri sındırıb çıxmaq istəyirdi. Bir nəfər var idi, elə qapının ağzında külə dönmüşdü. Mənim müalicəm üçün valideynlərim 600 manat vermişdi”.

Növbəti proses sentyabrın 7-ə təyin edilib

Xatırladaq ki, bu il martın 2-də Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümü və 29 nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib. İstintaq-əməliyyat tədbirləri ilə Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Məhəmməd Məmmədov martın 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə ayın 2-i səhər saat 6 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb, yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib. O CM-nin yuxarıda sadalanan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. İstintaq mərhələsində həkim Afət Məmmədovanın barəsində həbs-qəti imkan tədbiri seçilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 920 05.09.18 13:43