Median.Az xəbər verir ki, Yevlax RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Raqif Qafurovdan “AKSU” markalı silah, 16 ədəd patron və 1 ədəd patron darağı aşkar edərək, götürüblər.
RPŞ İstintaq bölməsində CM-nin 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.