Median.Az xəbər verir ki, avqustun 28-də Gəncə prospektində naməlum şəxs Neftçala rayon sakini olan bir qadına zor tətbiq edib, qızıl boyunbağısını ələ keçirib və hadisə yerindən qaçıb.
Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini Camal Quliyevi saxlayıblar.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.