Median.Az xəbər verir ki, Xətai RPİ 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 30-da, rayon ərazisindəki evlərin birindən 5000 manat və 2500 dollar oğurlayan Bakı şəhər sakini İsmayıl Bağırov saxlanılıb.
Bundan başqa, Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 28-də Puta qəsəbəsinin ərazisindəki şirkətlərin birindən, istifadəyə yararsız su borularını oğurlayan Salyan rayon sakini Cəmil Sadıqovu saxlayıblar, Yasamal RPİ 28-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də qeyri-yaşayış binalarının birindən 20.000 manat dəyərində elektrik kabelləri oğurlayan Cəbrayıl rayon sakini Tofiq Məmmədvəliyevi saxlayıblar, həmin bölmənin əməmkdaşları avqustun 26-da tikintisi başa çatmayan binaların birindən 2500 metr lift zənciri oğurlayan Bakı şəhər sakini İlham Məmmədov və Gəncə şəhər sakini İslam Əhmədovu saxlayıblar. İsmayıllı RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7- və 24-də Təzəkənd kənd sakini olan bir nəfərin 4800 manat pulunu oğurlayan Kəmalə İsmayılova saxlanılıb, Sabirabad RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 30-da Qaracalar kəndi ərazisindəki sexlərin birindən, 2 ədəd qapı, 2 ədəd pəncərə çərçivəsi və elektrik avadanlığı oğurlayan rayon sakini olan bir yeniyetmə saxlanılıb. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən avqustun 30-da rayon sakininə məxsus bir rəst atı oğurlayan rayon sakini Əsəd Mirzəyev saxlanılıb. Araşdırma zamanı, onun avqustun 29-da Tərtər rayon sakini olan iki nəfərin 2 rəst atını oğurlaması məlum olub. Tovuz RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 24-də evdən 970 manat və qızıl əşyalar oğurlayan Bakı şəhər sakini Nadir Ələkbərlini saxlayıblar. Şəki ŞRPŞ əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində avqustun 25-də evdən 5000 manat oğurlayan yeniyetmə saxlanılıb, Şəmkir RPŞ-nin əməkdaşları əməliyyat tədbirləri nəticəsində iyulun 20-də mağazadan 670 manat, 3050 manat dəyərində tütün məmulatı və təmizlik ləvazimatları oğurlayan Kür qəsəbə sakini Məmməd Məmmədovu saxlayıblar, Masallı RPŞ-nin əməkdaşları tərəfindən avqustun 28-də rayon ərazisindəki evdən 1000 manat, 1200 manat dəyərində qızıl bilərzik və mobil telefon oğurlayan Təzəkənd kənd sakini Mübariz Həmidov saxlanılıb, Neftçala RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 19-da evdən 2000 manat, qızıl və məişət əşyaları oğurlayan Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Nəhmədovu saxlayıblar, Qax RPŞ əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində avqustun 30-da Zərnə kəndi ərazisində “Opel” markalı avtomobildən 2000 manat oğurlayan kənd sakini Elməddin Nəsibli saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.