Median.Az xəbər verir ki, avqusutun 31-də Buzovna qəsəbəsində şəxsiyyəti məlum olmayan iki nəfər Bakı şəhər sakini Ə.Rəcəbovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturub Qala qəsəbəsinə gedəcəklərini bildiriblər. Həmin qəsəbəyə çatanda onlar sürücünü bıçaqla hədələyib 35 manat pulunu, mobil telefonunu və avtomobilin açarlarını alıb, hadisə yerindən qaçıblar.
Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Ümid Kərimov və Elçin Teymurovu saxlayıblar. Onlardan içərisində
iki ədəd bıçaq, yapışqanlı lent və idman paltarı olan çanta götürülüb.
Xəzər RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.