Median.Az xəbər verir ki, avqustun 30-da Nərimanov rayonunun Ağa-Nemətulla küçəsində naməlum şəxs Bakı şəhər sakini olan bir yeniyetmənin mobil telefonunu açıq talama yolu ilə ələ keçirib.
Nərimanov RPİ 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini Famil Məmmədov saxlanılıb.
Bundan başqa, avqustun 29-da Gəncə şəhəri ərazisində naməlum şəxs şəhər sakini Seyfəddin Tağıyevin 125 manat pulunu soyğunçuluq yolu ilə alıb.
Kəpəz RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəhər sakini Müseyib Qasımovu saxlayıblar.
Faktlarla bağlı CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işləri başlanılıb.